İngiltərə Premyer Liqasında baş məşqçi istefası

3 Oktyabr 2021 17:50

"Uotford" baş məşqçisi Hisko ləqəbli Fransisko Xavyer Munyos Llompartla yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna komandanın bu mövsüm uğursuz nəticələri səbəb olub. Komanda hazırda İngiltərə Premyer Liqasında 7 oyunda 7 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Hisko 2020-ci ildən "Uotford"u çalışdırırdı.

Milli.Az