15 kq arıqlamışdı, filmi üçün kökəlməli oldu - FOTO

3 Oktyabr 2021 16:20

Ötən il 15 kiloqram çəki atan aktrisa Büşra Pekin yenidən kökəlməli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa yenidən 9 kiloqram çəki alıb. Buna səbəb Büşranın yeni layihəsi olub. O, yeni ekran işində dünyasını dəyişən müğənni Dilber Ayın həyatını canlandıracaq.

Aktrisa "Dilber Ay" filminin çəkilişləri ilə bağlı açıqlama verib:

"Filmin ilk hissəsində Dilber Ayın gəncliyini canlandırdığım üçün çəkim ideal idi. Amma yaş irəlilədikcə çəki almalı idim. Dilber Ayı canlandırmaq böyük bir məsuliyyətdir. O çox güclü qadın imiş".

Milli.Az