Zlatan DÇ-2022 arzusunda

3 Oktyabr 2021 13:32

İsveç millisinin və İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviçin gələcəklə bağlı planları bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, sabah 40 yaşını tamamlayacaq hücumçu karyerasını A seriyasında davam etdirmək niyyətindədir.

O, "Milan"la müqaviləni uzatmaq istəyir. Zlatan daha bir il "rossonyeri"nin şərəfini qorumaq fikrindədir.

Veteranın yığma ilə bağlı planları da məlumdur. O, DÇ-2022-nin final mərhələsində oynamaq arzusundadır.

Milli.Az