Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında "Old Trafford"a getməsi və ona "Mançester Yunayted"in formasının hədiyyə olunmasından danışıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mənim üçün əfsanəvi "Mançester Yunayted" klubunun dəvəti ilə bu əfsanəvi stadionu ziyarət etmək böyük şərəfdir. İsti qarşılaşmaya görə çox sağ olun.
Ümid edirəm, Kriştianu Ronaldu və Devid Bekhem mənim yeddi nömrəli formanı almağıma etiraz etməyəcəklər", - deyə H.Nurməhəmmədov bildirib.
Milli.Az