Filippin prezidenti siyasəti tərk etdiyini açıqlayıb

3 Oktyabr 2021 11:18

Filippin prezidenti Rodriqo Duterte siyasətdən gedəcəyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, 2022-ci il seçkilərində ölkənin vitse-prezidentliyinə namizədliyini irəli sürməkdən də imtina edib.

"Filippinlilərin böyük əksəriyyəti düşünürlər ki, mən uyğun bir namizəd deyiləm və qanuna zidd çıxmaq konstitusiya pozuntusu olardı. Uzun illər əvvəl məni prezident seçən insanların iradəsinə tabe olaraq, həmvətənlərimə deyirəm ki, istəyinizi icra edəcəm. Bu gün siyasətdən getdiyimi elan edirəm", - Duterte belə deyib.

Onun əvəzinə vitse-prezidentliyə senator Kristofer Lourens Qo namizədliyini irəli sürəcək.

Milli.Az