Tramp vurdurduğu peyvəndi açıqladı

2 Oktyabr 2021 23:37

ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa qarşı "Pfizer"lə vaksin olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  Tramp yenidən peyvənd olunacağını bildirib.

"Mən "Pfizer"lə vaksin olundum. Ancaq vaksinlərdən istənilən biri də vurulsaydı, şad olardım", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da vaksinasiyada "Pfizer", "Moderna" və "Jhonson&Jhonson" peyvəndlərindən istifadə olunur.

Milli.Az