"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb

2 Oktyabr 2021 23:34

"Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Bədəxşan əyalətinin qubernator müavini Molla Nisar Əhmədi deyib.

"Lashkar-e Mansur" adlı intihar batalyonuna daxil olan silahllılar əvvəlki hökumətin silahlı qüvvələrinə, eləcə də Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbçilərinə qarşı terror hücumlarında iştirak ediblər.

"Bu batalyon olmasaydı, ABŞ -ı məğlub etmək mümkün olmazdı. Bu döyüşçülər xüsusi partlayıcı qurşaq kəmərləri taxaraq Əfqanıstandakı Amerika bazalarını partladıblar", - qubernator müavini əlavə edib.

Milli.Az