Ermənistanda iki əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib

2 Oktyabr 2021 18:59

Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən müddətli hərbi qulluqçular saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Respublika İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, A.O. və V.V məzuniyyətləri başa çatdıqdan sonra xidmət etdiklər hərbi hissəyə geri dönməyiblər.

Oktyabrın 1-də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir.

Milli.Az