İrəvan təsdiqlədi: Baş Qərargah rəisinin müavini həbs edildi

2 Oktyabr 2021 16:04

Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın həbs edildiyini təsdiqləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, o, səlahiyyətlərindən sui-istifadə və xüsusi böyük həcmdə mənimsəmədə ittiham edilib.

Qeyd edək ki, dünən "Hraparak" qəzeti Qalstyanın həbs edildiyi haqqında məlumat yaymışdı.

Milli.Az