Gürcüstanda COVID-19-dan ölənlərin sayı 9 mini keçib

2 Oktyabr 2021 13:54

Gürcüstanda ötən sutkada koronavirusa 1 826 yeni yoluxma qeydə alınıb, 795 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 616 589 nəfər yoluxub. Onların 587 499-u sağalıb, 9 005-i dünyasını dəyişib.

Milli.Az