Azərbaycanda məşhur infeksionist həkim koronavirusa yoluxdu: VƏZİYYƏTİ AĞIRDIR - FOTO

2 Oktyabr 2021 10:40

Azərbaycan Tibb Universitetinin dossenti, infeksionist həkim İlham Bayramov koronavirusa yoluxub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim İlham Bayramov  Zığ qəsəbəsində yerləşən FHN-in modul tipli Hospitalının reanimasiya şöbəsində yerləşdirilib.

İnfeksionist həkim İlham Bayramovun vəziyyətinin ağır olduğu bildirilir. 

Milli.Az