Türkiyəyə keçmək istəyən İŞİD və PKK-çılar saxlanıldı

2 Oktyabr 2021 15:22

Türkiyənin Yunanıstan və Suriya ilə sərhədlərində PKK və İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki təşkilatın 7 terrorçusu yaxalanıb.

Qeyd edilir ki, dövlət sərhədində antiterror əməliyyatı davam edir.

Milli.Az