Pakistanda Talibanla atəşkəs əldə edildi

2 Oktyabr 2021 15:07

Pakistanda fəaliyyət göstərən Talibana bağlı Hafiz Gül Bahadır qruplaşması ilə ölkə ordusu arasında atəşkəs razılaşması əldə edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, atəşkəs razılaşmasına əsasən, 20 gün müddətinə sabitliyə riayət ediləcək.

Bildirilib ki, Cənubi Vəziristanda atəşkəs oktyabrın 20-dək davam edəcək.

Qruplaşmanın komandirlərindən Səddar Həyatın müavinlərinə Pakistan qüvvələrinə qarşı bütün əməliyyatları dayandırmağı əmr etdiyi qeyd olunub.

Milli.Az