Hulusi Akar Pentaqon rəhbəri ilə nələri müzakirə edib?

2 Oktyabr 2021 11:48

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rəsmilər ikitərəfli və regional əlaqələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

Akar və Ostin iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsini vacibliyini bildirib.

Milli.Az