Saakaşvilini yalnız əfv xilas edə bilər - Basilaya

2 Oktyabr 2021 11:24

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini yalnız əfv xilas edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Saakaşvilinin vəkili Beka Basilaya deyib.

"Prezidentin Saakaşvilini əfv etməyəcəyi ilə bağlı bugünkü bəyanatı Gürcü Arzusu tərəfindən diktə Edilib. Hər şey siyasi iradədən asılıdır", - deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bundan öncə Saakaşvilini heç vaxt etməyəcəyini açıqlamışdı.

Milli.Az