Tanışını yeddi yerdən bıçaqladı

2 Oktyabr 2021 09:42

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Elçin Cəfərov mübahisə zamanı 1988-ci il təvəllüdlü Qədir Süleymanovu bıçaqlayıb. Məlumata görə, E.Cəfərov ona 7 bıçaq zərbəsi vurub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az