“Taliban” arxeoloji qazıntı aparmağı qadağan etdi

2 Oktyabr 2021 09:24

Əfqanıstanda arxeoloji qazıntı işlərinin aparılmasına qadağa qoyulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar "Taliban" təşkilatının hərbi komissiyası tərəfindən qəbul edilib.

Mənbə yazır ki, sözügedən qərarın verilməsinin hansı zərurətdən irəli gəldiyi barədə hələlik məlumat verilmir.

Milli.Az