Van Basten «Milan»ı çalışdıra bilər

3 May 2010 16:55
"Gazzetta dello Sport" yazır ki, mövsümün sonunda klubdan göndərilmək ehtimalı kifayət qədər yüksək olan Leonardonu məhz Van Bastenin əvəzləyəcəyi gözlənilir.
Xatırladaq ki, o, vaxtilə Hollandiya millisi və "Ayaks"ın baş məşqçisi olub və hər iki iş yerində uğur qazanıb. Təxminən 1 il əvvəl "Ayaks"ı öz istəyilə tərk edən Van Basten o vaxtdan işsizdir.

Milli.Az