Türkiyə İranla sərhədə qoşun yığır

1 Oktyabr 2021 14:56

Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, Hakkari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunun hərəkəti müşahidə olunub.

Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistranla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.

Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.

Milli.Az