Ermənistanda daha 20 nəfər koronavirusdan ölüb

1 Oktyabr 2021 14:38

Ermənistanda son sutkada daha 934 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 262 631-ə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 339-a yüksəlib.

Koronavirusa yoluxan 242 569 nəfər sağalıb. Hazırda 13 512 pasiyent müalicə olunur.

Milli.Az