Həyat yoldaşını və iki uşağını boğub öldürdü - Dəhşətli qətli törədən hərbçidir - VİDEO

1 Oktyabr 2021 13:08

Hatayda həyat yoldaşını və iki uşağını boğaraq öldürən çavuş Turgay Mert hakim qarşısına çıxarılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, həyat yoldaşı və uşaqları ilə heç bir problemi olmadığını söyləyən Mert onlara baxacaq heç kimin olmayacağını düşünərək xanımını öldürdüyünü və sonra da intihara qərar verdiyini söyləyib. 

Anar Əli
Milli.Az