Bakıda qəribə hadisə baş verib.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Allahverdi Mirzəyev adlı Binə qəsəbə sakini arvadına məxsus evi sökməklə ona 50 min manat ziyan vurub. Bununla bağlı zərərçəkmiş şəxs - Nuranə Əliyeva polisə şikayət edib. Bildirib ki, aralarında yaranmış mübahisədən əsəbiləşən əri onu bu şəkildə cəzalandırıb. N.Əliyeva ona dəymiş ziyanın ödənilməsini tələb edir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az