Yük avtomobili ilə sərnişin avtobusu toqquşub: 12 nəfər həlak olub - VİDEO

1 Oktyabr 2021 11:26

Braziliyanın şərqində yerləşən Baiya ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilir ki, ağac daşıyan yük avtomobili qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub.

Ağır qəza nəticəsində 22 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları onun axtarışlarına başlayıb.

Milli.Az