3 yaşlı uşaq süd qazanında yandı

3 May 2010 16:12
Bu gün saat 14:00 radələrində Qoruqbağı kəndində 3 yasli Qulu Lətifov qaynar süd qazanına düşüb. Kənd sakini Nicat İsmayılovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, hadisə baş verən zaman uşağın yanında heç kim olmayıb. Hazırda azyaşlının vəziyyəti ağırdır.

Ailə üzvlərinin məlumatına görə, uşaq təcili olaraq Ağcabədi rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onu qəbul etməyərək Bakıya aparılmasını məsləhət görüblər. Zərdabda isə yağışlı hava şəraiti və sellə əlaqədar ağır vəziyyətdə olan uşağı Bakıya çatdırmaq üçün maşın tapılmır.

Aydın
Milli.Az