Enerji böhranı: Avropa Rusiyadan kömür istəyir

30 Sentyabr 2021 18:06

Avropa enerji böhranını yumşaltmaq üçün Rusiyadan daha çox kömür xahiş edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb.

"Qitədəki elektrik enerjisi istehsalçıları Rusiyadan daha çox kömür xahiş edirlər. Burada məqsəd qışın yaxınlaşması ilə əlaqədar enerji böhranının yumşaldılmasıdır", - deyə o bildirib.

Qeyd edək ki, Avropadakı qaz anbarlarında qaz ehtiyatlarının aşağı düşməsi ilə bağlı tələbat artdığından, qaz qiymətləri tarixi rekorda - 1073 dollara qalxıb.

Milli.Az