Ermənistan müdafiə imkanlarının inkişafına xüsusi diqqət ayıracaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təkcə ordunun modernizasiyası və təchizatı yox, həm də Ermənistan ətrafında əlverişli mühitin formalaşdırılmasının da önəmli olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, regional stabillik üçün kommunikasiyaların inkişafı və açılması vacibdir. O, bunun Ermənistan iqtisadiyyatının inkişafı üçün əlavə stimul olacağını və xarici investisiyaların cəlbini artıracağını deyib.
Milli.Az