Azərbaycan nefti ucuzlaşır

30 Sentyabr 2021 13:36

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 80,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Milli.Az bildirir ki, bu barədə  Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,42 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.

Milli.Az