Əməkdar artist vəfat etdi

30 Sentyabr 2021 11:15

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə mərkəzdən bildirilib. 

Məlumata görə, o, 86 yaşında vəfat edib.

Milli.Az