Ördəyinə "tiktok"da səhifə açdı, ayda 4500 dollar qazanır - VİDEO

30 Sentyabr 2021 15:12

Sosial mediada xeyli izləyicisi olan fenomen ördək ayda 4 min 500 dollar qazanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, "Dunkin Ducks" adı ilə açdığı "TikTok" hesabının 2.7 milyon, "İnstagram" hesabının isə 245 min izləyicisi olduğunu bildirən Ellis "TikTok" və "İnstagram"dan ördək sayəsində ayda 4 min 500 dollar qazandığını açıqlayıb.

Munchkin adlı ördəyi ilə 16 yaşında videolar çəkdiyini dilə gətirən Ellis deyib: "Yadımdadır, hətta məktəbdəki məşhur qızların belə 5 min izləyicisi yox idi həmin vaxtlar, bir çox insan liseydə ördəyimin olduğuna görə mənu lağa qoyurdu, amma indi həmin ördək internetdə məşhur olduğu üçün insanlar mənimlə dost olmaq istəyirlər".

Milli.Az