Gürcüstanda daha 1 743 nəfərdə COVID-19 aşkarlanıb, 29 nəfər ölüb

30 Sentyabr 2021 13:00

Gürcüstanda ötən sutkada koronavirusa 1 743 yeni yoluxma faktı qeydə alınıb, 2 266 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent vəfat edib.

Milli.Az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 613 012 nəfərdə aşkarlanıb. Onların 585 071-i sağalıb, 8 946-sı dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 18 969 nəfərdir.

Milli.Az