Bakıda dəhşətli qətl: Polis əməkdaşı şöbədə həyat yoldaşını öldürdü

30 Sentyabr 2021 10:13

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Bu barədə Milli.Az-a DİN-dən məlumat verilib.

İ.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az