İran səfirindən qonşularına İsrail “tövsiyəsi”

30 Sentyabr 2021 12:06

İsrail onunla əməkdaşlıq edən ölkələrə ziyan vurur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri çıxış edib.

Zühuri iddia edib ki, İsrail əməkdaşlıq etmək istədiyi hər bir ölkəyə ziyandır:

"Bundan başqa, İsrail provokasiyaya gedir - İrana qarşı bu cür fəaliyyəti sübut olunub".

Səfir qeyd edib ki, İran bütün ölkələrə, xüsusilə öz qonşularına İsraillə münasibətlərdə bunları nəzərə almağı tövsiyə edir.

Milli.Az