Tanınmış müğənni konsert repetisiyası zamanı yaralandı

30 Sentyabr 2021 12:00

Rusiyanın "Vintaj" pop qrupunun vokalisti  Anna Pletneva konsert repetisiyası zamanı travma alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Həkimlər ona beyin silkələnməsi və boyun zədəsi diaqnozu qoyublar. Ancaq müğənninin özü həkimlərin yataq istirahəti ilə bağlı tövsiyələrinə məhəl qoymamaq qərarına gəlib və şouya hazırlaşmağa davam edib.

Milli.Az