Şimali Koreya növbəti dəfə raket sınağı ilə gündəmə gəlib

30 Sentyabr 2021 10:54

Şimali Koreyada "Hvason-8" raketlərinin ilk sınaqları keçirilib.

Sözügedən hipersonik raketin Şimali Koreya Hərb Elmləri Akademiyası tərəfindən yaradıldığı bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, raketin buraxılışı sentyabrın 28-də Çaqando bölgəsindəki poliqonlardan birindən həyata keçirilib.

Sınaqlar zamanı raketin texniki parametrləri yoxlanılıb.

Milli.Az