Ağstafada qatar vuran kişi ölüb

30 Sentyabr 2021 09:48

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar kənd sakini, 1957-ci il təvəllüdlü Camal Məmişovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Milli.Az