Azərbaycanda "zibil pulu" ləğv olunmayıb
21 Fevral 2012 12:57
Milli.Az-ın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal xidmətlər idarəsinin rəhbəri Ramiz Verdiyev Day.Az saytına bildirib.
"Dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödənişin ləğv edilməsi haqda xəbərlər doğru deyil. Mətbuat Nazirlər Kabinetinin qərarını təhrif edib. Sadəcə, Nazirlər Kabinetinin əhali üçün məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına düşən ödənişin 14 qəpik olması haqda köhnə qərarı qüvvəsini itirib. Hazırda 1 nəfər üçün məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş 30 qəpikdir", - deyə o, qeyd edib.
R.Verdiyev bildirib ki, 2011-ci il noyabrın sonlarında Tarif Şurası bir sıra kommunal xidmətlərə görə ödənişləri artırıb və bu, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə də aiddir.
Milli.Az