“Barselona” “Bavariya”ya rəqib oldu

30 Sentyabr 2021 07:45

"Ayaks"ın yarımmüdafiəçisi Antoni çox güman ki, tezliklə komandasını dəyişəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, gənc oyunçuya olan təkliflər belə düşünməyə əsas verir.

Amsterdam klubunun heyətində uğurlu çıxışla yadda qalan 21 yaşlı futbolçu uğrunda mübarizəyə daha bir Avropa nəhəngi - "Barselona" da qoşulub. Hazırda transfer qiyməti 40 milyon avroya bərabər göstərilən Antoninin keçidində əsas favorit isə "Bavariya" sayılır.

Qeyd edək ki, futbolçunun "Ayaks"la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Milli.Az