Azərbaycanda polis generalı vəfat etdi

29 Sentyabr 2021 14:03

Azərbaycanda polis generalı vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.

O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Milli.Az