Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu ilə bağlı AÇIQLAMA

29 Sentyabr 2021 13:38

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, həkimlər sənətçinin vəziyyətində heç bir dəyişiklik müşahidə edilmədiyini deyirlər.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

Milli.Az