Ukrayna separatçılara qarşı “Bayraktar”ı işə saldı - İLK DƏFƏ

29 Sentyabr 2021 15:00

Ukrayna ölkənin şərqindəki separatçılara qarşı ilk dəfə "Bayraktar TB2" pilotsuz uçuş aparatını tətbiq edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Donetsk Xalq Respublikası"nın ərazisinə hava sərhədlərinə daxil olan "Bayraktar" Donetsk şəhərinin yaxınlığında hərəkət edib.

Dron separatçıların bölgədə yerləşdirdiyi Hava Hücumundan Müdafiə Sistemi tərəfindən aşkar olunmayıb. "Bayraktar TB2"-nin kəşfiyyat uçuşu bölgədəki separatçıları ciddi qorxuya salıb.

Milli.Az