İkinci dəfə evlənən Hüseynə övladlarını görməyə icazə verdilər - FOTO

29 Sentyabr 2021 15:54

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun müddət sonra övladları ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu haqda musiqiçi axşam.az-a açıqlamasında deyib. O bildirib ki, böyük qızı Nigar onunla görüşmək istəyib:

"Qızlarım razılaşdı, biz də görüşdük. Övladlarımdır, görüşməliydik. Hər zaman onların arxasındayam. Onlar mənim canlarımdır".

Qeyd edək ki, Hüseyn və İnci ötən il boşanıb. Hüseyn açıqlamalarında qızlarının onunla görüşmədiyini bildirmişdi.

Milli.Az