Azərbaycan nefti ucuzlaşıb

29 Sentyabr 2021 14:18

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 80,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.

Milli.Az bildirir ki FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,55 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Milli.Az