DSX rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO

29 Sentyabr 2021 14:06

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli.Az DSX-ya istinadən bildirir ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üzərlərinə gül dəstələri düzülüb.

Milli.Az