Ərdoğandan vaksin açıqlaması: Ölkələr arasında gəlir fərqi...

29 Sentyabr 2021 14:36

"Turkovak" və digər yerli peyvəndlərin ən qısa zamanda kütləvi istehsalına başlayacağıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan videomüraciətində bildirib ki, ölkələr arasında gəlir fərqi peyvənd və səhiyyə xidmətlərindən istifadədə mane yaratmamalıdır:

"Bir sıra ölkələrdən əldə etdiyimiz peyvənd dozalarını tələb gələn ölkələrlə paylaşdıq. Pandemiya qlobal səhiyyə sistemində bir çox çatışmazlıqları ortaya çıxardı".

Milli.Az