Binəqədidə kütləvi dava: Xəsarət alan var

29 Sentyabr 2021 10:30

Bakıda kütləvi dava baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində yerləşən restoranların birində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Şıxməmmədov Əvəz Hafiz oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az