"Space TV"nin loqosu 9 il sonra dəyişdi

29 Sentyabr 2021 09:24

Bu il yenilikləri ilə tamaşaçıların görüşünə hazırlaşan "Space TV"nin 9 il sonra loqosu da dəyişilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bundan sonra, ekranın yuxarı sağ küncündə ənənəvi loqo əvəzinə, yeni dizaynda "Space" sözü olacaq.

Qeyd edək ki, "Space TV" 12 oktyabr 1997-ci ildən yayıma başlayıb. Bu mövsüm kanalda Hüsniyə Məhərrəmova, İlkin Həsəni, Fərid Rəsul kimi məşhur aparıcılar çalışacaqlar.

Milli.Az