Əfqanıstanda əvvəlki konstitusiya tətbiq ediləcək

29 Sentyabr 2021 10:24

Əfqanıstanda ölkənin son kralının dövrünün konstitusiyası tətbiq ediləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Abdul Hakim Şaria bəyan edib.

"Əfqanıstan, son kralı Zahir Şahın dövründə ölkədə qüvvədə olan konstitusiyanı istifadə edəcək, istisnalar şəriətə zidd olan müddəalar olacaq", - deyə məlumatda bildirilib.

Milli.Az