Universitetinin yeni rektoru qadınların oxumasını qadağan etdi

29 Sentyabr 2021 10:12

Əfqanıstanda "Taliban" tərəfindən təyin olunan Kabil Universitetinin yeni rektoru Məhəmməd Əşrəf Hаyrat qadınların universitetdə oxumasını və müəllimlik etməsini qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bu qərarı İslam qanunlarına əsaslanaraq verdiyini deyib.

"Hər kəs üçün əsl İslam mühiti yaradılana qədər qadınların universitetlərə girməsinə və işləməsinə icazə verilməyəcək. İslam hər şeydən üstündür", - deyə o bildirib.

Milli.Az