"Əl Qaidə" hələ də Əfqanıstandadır və ABŞ-a zərbə endirməyi hədəfləyir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli bildirib.
"Əgər öz imkanlarını bərpa edə bilsələr, onların zərbə vurmaq niyyətləri var. Düşünürəm ki, "Əl-Qaidə" hələ də ABŞ-la müharibədə vəziyyətindədir", - deyə Milli Senatdakı dinləmələr zamanı qeyd edib.
Onun fikrincə, "Əl-Qaidə" hələ də Əfqanıstandadır".
Milli.Az