UEFA təmsilçisi hakimlərimizə dərs keçir

3 May 2010 16:22
Milli.Az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, mayın 5-dək davam edəcək səfər proqramı çərçivəsində Makvikarın rəhbərliyi ilə Premyer Liqanın oyunlara təyinat alan hakimlər üçün seminar keçiriləcək.

AFFA-nın inzibati binasında təşkil olunan seminarı baş katib Elxan Məmmədov açaraq, UEFA-nın hakimlər Konvensiyasına qoşulmaq üçün AFFA tərəfindən müvafiq işlərin görüldüyünü bildirib, seminar iştirakçılarına uğurlar arzulayıb.

Milli.Az